logo

Bakıda ağac aşmasına görə avtobus marşrutları dəyişdi

14:24 08-01-2023 | icon 910
Bakıda ağac aşmasına görə avtobus marşrutları dəyişdi

Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, Tennis Akademiyasının yaxınlığında yolun hərəkət hissəsinə ağac aşması nəticəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

YeniAvropa xəbər verir ki, bu barədə BNA-dan bildirilib. Bu səbəbdən həmin küçəyə daxil olan 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilib.