Milyarder Fərhad Əhmədov KİV-lərdən təkzib tələb edir
Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov barəsində yayılan xəbərlərə cavab verib.
YeniAvropa xəbər verir ki, iş adamı rəsmi nümayəndəsi Nail Şahverdiyev vasitəsilə öndərdiyi müraciətdə barəsində olan iddiaları təkzib edib: “Azərbaycan Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrində son günlər ərzində barəmdə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib və iti surətlə dərc edilməkdə davam etməkdədir. Belə ki, kütləvi informasiya vasitələrində mənim Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığım, mənə məxsus evlərdə axtarışlar aparıldığı və “mənim casusluqda ittiham olunduğum” kimi absurd məlumatlar dərc edilib. Bildirirəm ki, mənim Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığım və ya mənə qarşı hər hansı bir ittihamın irəli sürüldüyü barədə məlumatlar həqiqətə uyğun deyil və təhqiqat və ya istintaq orqanlarına dəvət olunmaq cinayətdə ittiham edilmək demək deyil. Əfsuslar olsun ki, bu gün informasiya vasitələri gündəmdə qalmaq üçün mənim adımdan istifadə edir, adım ətrafında antireklam xarakterli yazıları və ümumiyyətlə mənə aidiyyəti olmayan uydurma işlər üzrə ittiham edildiyim barədə həqiqətə uyğun olmayan məlumatlar yayır”.
F.Əhmədov əlavə edib ki, Rusiya Federasiyasının vətəndaşı olması ilə yanaşı bir azərbaycanlı kimi istər əvvəllər mövcud olmuş siyasi fəaliyyətində, istərsə də biznes fəaliyyəti zamanı daim Azərbaycana qulluq edib: “Cənab İlham Əliyevin siyasi kursunu öz imkanlarım çərçivəsində hər cür dəstəkləmişəm. Hazırda Azərbaycan dövləti və Azərbaycan xalqı üçün etdiklərimi sadalamaq istəmirəm və düşünürəm ki, bu haqda internet ehtiyatlarında kifayət qədər məlumat və materiallar mövcuddur. Hesab edirəm ki, qeyd edilən xarakterli yazıları dərc etməklə həmin kütləvi informasiya vasitələrinin məqsəd və niyyətləri mənə və məni tanıyan hər bir şəxsə məlumdur - məni xalqımın gözündə nüfuzdan salmaq, şərəf və ləyaqətimi, o cümlədən işgüzar nüfuzumu ləkələməkdir, hətta bəzi hallarda bu yazılar böhtan və təhqir əlamətlərini özündə əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir”.
F.Əhmədov barəsində yayılan məlumatlar təkzib edilməzsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyini əlavə edib./ “Qafqazinfo”
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq