logo

Sinoptiklərdən xəbərdarlıq: Bakıda güclü şimal küləyi əsəcək

14:54 22-11-2022 | icon 504
Sinoptiklərdən xəbərdarlıq: Bakıda güclü şimal küləyi əsəcək

Noyabrın 23-ü gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-25 metrədək artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, noyabrın 23-ü gün ərazində Azərbaycanın rayonlarının bəzi yerlərində qərb küləyinin arabir 18-23 metr/saniyəyədək güclənəcəyi gözlənilir.