logo

Bakıda mağazadan 24 min manatlıq mobil telefon oğurlanıb

11:11 22-11-2022 | icon 385
Bakıda mağazadan 24 min manatlıq mobil telefon oğurlanıb

Bakının Səbail rayonu ərazisində mağazadan ümumi dəyəri 24 min manat olan 9 ədəd mobil telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu oğurluq yolu ilə ələ keçirib. Oğurlanan mobil telefonların dəyəri 24 min manat olub.

Səbail rayon Polis İdarəsinin və 9-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb.

Faktla bağlı 9-cu polis bölməsində toplanan materiallar Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

"Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.