logo

Bakı sakini Qubada 6 kiloqram narkotiklə yaxalandı

11:01 15-11-2022 | icon 1225
Bakı sakini Qubada 6 kiloqram narkotiklə yaxalandı

Quba rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Bakı şəhər sakini İdris Qənbərovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman 5 kiloqrama yaxın marixuana və 1 kiloqramdan çox heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib.