Milli Məclisdə Avropa Parlamentinin nümayəndə heyəti ilə görüş olub
Sentyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avropa Parlamentinin Kənd, dağlıq və ucqar ərazilər və “ağıllı kənd”lər üzrə aralıq qrupunun sədri Frank Boqoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,komitə sədri Tahir Mirkişili qonaqları salamlayaraq, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib. Ölkəmizin Avropa İttifaqının əsas tərəfdaşlarından biri olduğunu qeyd edib. Parlamentlər səviyyəsində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.
Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyən komitə sədri birgə müxtəlif layihələrin uğurla həyata keçirildiyini deyib. Qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafından bəhs edib. Azərbaycanın zəngin neft-qaz ehtiyatlarından danışan Tahir Mirkişili ölkəmizin enerji təhlükəsizliyi sahəsində həm regionda, həm də dünyada əhəmiyyətli rol oynadığını bildirib.
Sonra komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Ermənistan tərəfindən 30 il ərzində işğal edilmiş əzəli torpaqlarını öz qüvvəsinə azad edib və hazırda bu ərazilərdə böyük quruculuq və bərpa işləri aparılır. Lakin işğalçı Ermənistan tərəfindən həmin ərazilərin minalanması böyük maneələr törədir. Buna baxmayaraq, azad olunmuş ərazilərdə yeni infrastruktur yaradılır, kommunikasiya, nəqliyyat xətləri salınır, o cümlədən yeni hava limanları inşa edilir.
Tahir Mirkişili işğaldan azad olunmuş torpaqlarımızda “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirildiyi barədə məlumat verib. Bildirib ki, beynəlxalq standartlara cavab verən bu layihələr əsasında yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndinə artıq bir çox ailələr köçürülüb. Burada yaşayan vətəndaşların şəraitinin daha da yaxşılaşdırılmasında, rifah halının yüksəldilməsində həmin layihələr önəmli rol oynayır.
Komitə sədri Şərq və Qərb arasında kommunikasıyaların qurulmasında, enerji və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanın rolu, işğaldan azad olunmuş ərazilərdə yeni nəqliyyat infrastrukturunun qurulması, yaşıl enerji zonaları, sənaye zonalarının yaradılması, bu ərazilərə investisiyanın cəlb edilməsi istiqamətində dövlət tərəfindən görülən işlər barədə danışıb.
Avropa Parlamentinin Kənd, dağlıq və ucqar ərazilər və “ağıllı kənd”lər üzrə aralıq qrupunun sədri Frank Boqoviç görüşə və maraqlı söhbətə görə minnətdarlığını ifadə edib. Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafının önəmli olduğunu deyib. İqtisadi əlaqələrin möhkəmləndirilməsi, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud imkanlardan, ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən bəhs edib.
Qonaq “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin əhəmiyyətindən söhbət açaraq, müasir texnologiyaların tətbiqinin insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində belə kəndlərin qurulmasını yüksək qiymətləndirib. Təmsil etdiyi qurumda bu istiqamətdə ölkəmizin təcrübəsinin böyük maraqla qarşılandığını söyləyib.
Söhbət zamanı deputatlar Tural Gəncəliyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, ölkəmizin Belçikadakı səfiri Vaqif Sadıqov ikitərəfli əlaqələrin inkişafı, enerji və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikirlərinin açıqlayıblar.
Görüşdə deputat Mahir Abbaszadə, Avropa Parlamenti nümayəndə heyətinin üzvləri Hannes Heide, Engin Eroğlu, Marin Miletiç, Adam Muxtar, Alessandro da Rold, Angele Kedaitene, Rafet Kurnaz, Gencay Koyunbaşoğlu, Ethem Güngör və digər rəsmi şəxslər iştirak ediblər.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq