logo

Sabah bəzi rayonlarda qaz olmayacaq

16:10 22-09-2022 | icon 707
Sabah bəzi rayonlarda qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar, sentyabrın 23-ü saat 09:00-dan etibarən işlər başa çatanadək “Cəfərabad”, “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex”, “Balakən” QPS-lərdən və “Şəki Kərpic zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İB-dən YeniAvropa-ya bildirilib ki, təmir işləri aparılan müddətdə Qax, Zaqatala, Balakən rayonlarının tam olaraq, Şəki rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.