AzTV-nin üç musiqi kollektivi Mədəniyyət Nazirliyinə verilib
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən musiqi kollektivlərindən üçü Mədəniyyət Nazirliyinin tabeliyinə keçib.
YeniAvropa xəbər verir ki, bu barədə QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu qərar QSC-də yeni və beynəlxalq təcrübəyə uyğun aparılan struktur islahatları çərçivəsində verilib.
Qərara əsasən, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Niyazi adına Simfonik Orkestr, Cahangir Cahangirov adına Xor Kapellası artıq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.
Bununla bağlı QSC-nin sədri Rövşən Məmmədovun və mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin musiqi kollektivlərinin üzvləri ilə görüşü olub. Görüşdə musiqi kollektivlərinin bütün suallarına aydınlıq gətirilib.
Vurğulanıb ki, bu qərarın verilməsində məqsəd musiqi kollektivlərinin işini daha məhsuldar etmək və onların yaradıcılıq imkanlarını bir qədər də genişləndirməkdir. Bundan başqa, sənət adamlarının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyəti kollektivlərin peşəkarlıqlarının artırılması və karyera baxımından daha səmərəli mühit yaradacaq.
Lakin QSC sözügedən kollektivlərlə bundan sonra da birlikdə çalışacaq. Belə ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC konsert proqramları təşkil edərkən Mədəniyyət Nazirliyinə müraciət etməklə musiqi kollektivləri ilə qonorar əsasında əməkdaşlıq edəcək.
Hazırda QSC ilə Mədəniyyət Nazirliyi arasında məhsuldar və sıx işbirliyi var, atılan addım əməkdaşların fəaliyyətini məhsuldar etməklə yanaşı, iki qurum arasındakı əməkdaşlığı daha da gücləndirəcək.
Qeyd edək ki, adıçəkilən 3 musiqi kollektivindən başqa digər kollektivlər fəaliyyətlərini QSC-nin nəzdində davam etdirəcəklər.
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb