logo

“Bakcell” texniki nasazlıqla bağlı məlumat yayıb

20:33 21-09-2022 | icon 777
“Bakcell” texniki nasazlıqla bağlı məlumat yayıb

“Bakcell” şirkəti texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində yaranan məhdudiyyətlərlə bağlı məlumat yayıb.

Şirkətdən YeniAvropa-ya verilən məlumata görə, texniki heyət xidmətlərdə yaranan çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür.

“Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib.