logo

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

22:51 21-09-2022 | icon 1953
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

Sentyabrın 21-də Naxçıvan seysmoloji stansiyasından 78 kilometr cənub-qərbdə - İran ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 21:57-də qeydə alınan zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 5,5-ə bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss edilib.