logo

Moldovanın baş naziri Azərbaycana səfərə gəlir

15:57 21-09-2022 | icon 1295
Moldovanın baş naziri Azərbaycana səfərə gəlir

Gələn ay Moldovanın baş naziri Nataliya Qavrilitsa Azərbaycana səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Moldovanın hökumət başçısı bu gün Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovla görüşündə bildirib.

Hökumət başçısı deyib ki, Moldova Azərbaycanın biznes dairələri ilə investisiya əməkdaşlığını gücləndirmək niyyətindədir.

"Bütün çətinliklərə baxmayaraq, Moldova xarici investorlar üçün cəlbedici məkan olaraq qalmaqdadır. Son dövrlərdə biz Belçika, Niderland, Türkiyə, ABŞ, Almaniya, Litva, Böyük Britaniya kimi ölkələrdən investisiya layihələrini cəlb edə bilmişik. Biz Azərbaycanın iş adamları ilə investisiya əməkdaşlığını gücləndirmək istəyirik”, - N.Qavrilitsa görüşdə deyib.

Baş nazir Moldovanın Azərbaycandan təbii qaz idxalı imkanlarını təhlil etdiyini və enerji sahəsində əməkdaşlığın gücləndirilməsində də maraqlı olduğunu vurğulayıb.