logo

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb

09:39 16-09-2022 | icon 1064
Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını artırıb.

YeniAvropa xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Liqasının G qrupunun ikinci turunda Fransa "Nant"ı üzərində 3:0 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,500 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 2.500-ə, son 5 mövsümdə isə 15,125-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Slovakiyanın 17,000 xalı var.