logo

Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilir

11:03 15-09-2022 | icon 308
Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilir

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk komitə iclası keçirilir.

YeniAvropa xəbər verir ki, komitə sədri Bəxtiyar Əliyevin sədrliyi ilə keçirilən toplantının gündəliyinə 3 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.

2. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

3. “Elektron imza və elektron sənəd haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).