logo

Ordumuzun mövqeləri artilleriya atəşinə tutulub

19:39 13-09-2022 | icon 364
Ordumuzun mövqeləri artilleriya atəşinə tutulub

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.