logo

Güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayırlar

09:17 10-09-2022 | icon 707
Güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayırlar

Bu gün Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı start götürəcək.

YeniAvropa xəbər verir ki, sentyabrın 18-dək davam edəcək dünya çempionatında əvvəlcə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Sonrakı günlərdə isə sərbəst güləşçilər yarışa qoşulacaqlar.

İlk yarış günündə Eldəniz Əzizli (55 kq), Ülvi Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) güclərini sınayacaqlar. E.Əzizli Covanni Freni (İtaliya), Ü.Qənizadə Taişi Hori (Yaponiya) - İbrahim Məhəmmədov (Qazaxıstan) cütünün qalibi ilə, S.Süleymanov isə İdris İbayev (Almaniya) ilə qarşılaşacaqlar.

Sentyabrın 11-də Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), ertəsi gün isə Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulacaqlar.

Sərbəst güləş yarışları sentyabrın 15-də başlayacaq. Güləşin bu növündə Azərbaycan yığmasının 10 üzvü döşək üzərinə çıxacaq. Əvvəlcə Coşqun Əzimov (70 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Aydın Əhmədov (125 kq), sentyabrın 16-da Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (92 kq), ayın 17-də isə İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedov (97 kq) mübarizə aparacaqlar.

Qadın güləşində isə Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) sentyabrın 12-15-də güclərini sınayacaqlar.

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.