logo

İlham Əliyev Xətai rayonunda yol tikintisinə 4,27 milyon manat ayırıb

14:31 09-09-2022 | icon 2499
İlham Əliyev Xətai rayonunda yol tikintisinə 4,27 milyon manat ayırıb

Prezident İlham Əliyev sentyabrın 9-da "Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: " Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,27 milyon (dörd milyon iki yüz yetmiş min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın".