Bakıda İsveçrənin Milli Günü qeyd edilib
Sentyabrın 8-də Bakıdakı "Landmark" hoteldə İsveçrənin Milli Günü münasibətilə rəsmi ziyafət təşkil edilib.
YeniAvropa xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən İsveçrənin Azərbaycandakı səfiri xanım Muriel Peneveyre iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın uğurla irəlilədiyini bildirib.
“Geridə qalan 30 ildə Azərbaycan ilə İsveçrə arasında əlaqələr bir çox sahələrdə, o cümlədən iqtisadi, mədəni, turizm sahələrində inkişaf edib. Belə ki, İsveçrənin Azərbaycanda yeni əməkdaşlıq proqramı çərçivəsində maliyyələşdirdiyi layihələr iqtisadi və texniki əməkdaşlıq sahələrində əldə olunan nailiyyətlərə əsaslanacaq”, - deyə səfir qeyd edib.
Xanım səfir bu ilin sonunda Azərbaycan-İsveçrə Hökumətlərarası Komissiyanın növbəti iclasının Bakıda keçirilməsinin planlaşdırıldığını bildirib.
Öz növbəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov da iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Nazir bu ilin ilk 7 ayında Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi iki dəfədən çox artdığını bildirib.
Mikayıl Cabbarov qeyd edib ki, ki ölkə arasında uğurlu əməkdaşlıq dostluq münasibətlərinə və qarşılıqlı hörmətə əsaslanır.
Onun sölərinə görə, birgə iqtisadi komissiya ölkələr arasında əlaqələrin inkişafı üçün əsas platformalardan biridir və Azərbaycan komissiyanın iclasını səbirsizliklə gözləyir.
“Azərbaycan İsveçrə şirkətlərini 44 günlük müharibədə qazanılmış qələbə nəticəsində yaranmış imkanlardan yararlanmağa dəvət edir”, - nazir əlavə edib.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq