Səlim Müslümov məhkəmədə 27 milyon manatı mənimsədiyini etiraf edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib.
YeniAvropa xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının digər hissəsi elan olunub.
İttiham aktında bildirilib ki, təqsirləndirilən şəxs bir qrup şəxslə əlbir olaraq müxtəlif mənimsəmə faktı törədib.
Diqqətə çatdırılıb ki, təqsirləndirilən şəxs mənimsədiyi 27 milyon manatın 20 milyon manatını dövlət büdcəsinə qaytarıb.
Daha sonra ifadə verən S.Müslümov özünü təqsirli bilib. Sabiq nazir ittihamın mənimsəmə və israf etmə hissəsi ilə bağlı razı olmadığını deyib.
Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.
Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.
Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb
Naxçıvanda aqroparklar yaradılacaq
Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxub
Türkiyədən Naxçıvana təbii qaz xətti çəkiləcək
Səməd Seyidov AŞ PA-nın həmməruzəçiləri ilə görüşüb
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı təsdiqlənib
Ermənistan Türkiyə ilə danışıqlarda heç bir ilkin şərt irəli sürməyib
İranda saxlanılan Fərid Səfərli ilə görüşün təşkili istiqamətində iş aparılır
Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaq davam edir
Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
İyulda Moskvada üçtərəfli formatda növbəti görüş keçiriləcək
II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
Sabah Bakıda arabir yağış yağacaq, 28° isti olacaq
Regionda sülhün əldə edilməsi qaçılmazdır-Ceyhun Bayramov
Müdafiə Nazirliy artilleriya rəislərini toplayıb
"Əziz Şuşa" beynəlxalq velosiped turniri keçiriləcək
Azərbaycanda vahid məktəbli formasına keçilir
Faktiki hava: Gədəbəy və Qubaya dolu düşüb
İşğaldan azad edilən ərazilərdə daha 51 mina aşkarlanıb
İyunun 10-dan IV sinif şagirdlərinin monitorinqi aparılacaq
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb
Bakıda hərbi sursat tapılıb
Gəncədə axtarışda oldan qadın intihar edib
Şagirdlərin elektron yerdəyişməsi dayandırılır
Rəsmi Bakı Ermənistan Təhlükəsizlik Şurasının katibinə cavab verib