Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 59 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 28 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.