logo

Dənizdə batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib

20:50 04-08-2022 | icon 518
Dənizdə batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib

"Bilgəh" və “Xaçmaz” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən şəxslər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində batma təhlükəsində olan üç nəfər xilas edilib.