logo

UEFA Konfrans Liqası: "Neftçi" və "Rapid"in start heyətləri açıqlanıb

19:49 04-08-2022 | icon 931
UEFA Konfrans Liqası: "Neftçi" və "Rapid"in start heyətləri açıqlanıb

Bakıda UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək Bakının "Neftçi" və Avstriyanın "Rapid" klublarının start heyətləri açıqlanıb.

YeniAvropa xəbər verir ki, Bakı təmsilçisinin start heyətində İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Kenni Sayef, Voislav Stankoviç, Emin Mahmudov, Qodsvey Donyo, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber və Yusuf Laval yer alıblar.

"Rapid"in heyətində isə meydana Niklas Hedl, Kevin Vimmer, Qvido Burqştaller, Aleksa Peyiç, Mixael Sollbauer, Martin Kostselnik, Yonas Auer, Marko Qrüll, Morits Osvald, Ante Bayiç və Bernhard Zimmerman çıxacaqlar.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Rapid" matçı saat 21:00-da başlayacaq.