logo

Hikmət Hacıyev: “Biz Şarl Mişelin rolunu yüksək qiymətləndiririk”

21:31 31-08-2022 | icon 1302
Hikmət Hacıyev: “Biz Şarl Mişelin rolunu yüksək qiymətləndiririk”

“Biz Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndiririk”.

 YeniAvropa xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  özünün "Twitter" hesabında yazıb.

“Biz Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etmək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”, - prezidentin köməkçisi bildirib.