logo

Azərbaycan və Ermənistan baş nazir müavinlərinin növbəti görüşü Brüsseldə keçiriləcək 

20:58 31-08-2022 | icon 1239
Azərbaycan və Ermənistan baş nazir müavinlərinin növbəti görüşü Brüsseldə keçiriləcək 

Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın üçüncü görüşü Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirib.

O, sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəlilıyiş barədə bütün məqamların nəzərdən keçirildiyini deyib, həmçinin komissiyanın növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılıq əldə olunduğunu söyləyib.

Xatırladaq ki, ötən gün Rusiyanın paytaxtı Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.