logo

Türkiyə şirkəti Ağcabədidə pambıqtəmizləmə zavodu açır

14:54 02-08-2022 | icon 931
Türkiyə şirkəti Ağcabədidə pambıqtəmizləmə zavodu açır

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.

YeniAvropa xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov avqustun 2-də Kahramanmaraşda “Do Cotton Group” şirkətində olaraq buradakı istehsal prosesinin vəziyyəti ilə tanış olub.

Ağcabədi rayonunda tikilən zavodda qurulması nəzərdə tutulan texnologiya və avadanlıqlar barədə Azərbaycanın səfirinə məlumat verilib. Bildirilib ki, istehsal prosesi qrafikə uyğun aparılır və heç bir ləngimə yoxdur.

“Do Cotton Group” şirkətinin rəhbəri Mehmət Doğan məlumat verib ki, tam şəkildə Türkiyə istehsalı olan texnologiya və avadanlıqlar bu ilin pambıq yığımı mövsümünə qədər təyinat məntəqəsində quraşdırılacaq. İstehsal olunan texnologiya və avadanlıqlar bir sıra keyfiyyət göstəricilərinə malikdir.