logo

Xarici İşlər Nazirliyinə yeni mətbuat katibi təyin edilib

09:48 29-08-2022 | icon 2695
Xarici İşlər Nazirliyinə yeni mətbuat katibi təyin edilib

Azərbaycan Xarici İşlər Nazirliyinin(XİN) Mətbuat xidməti idarəsində yeni təyinat olub. 

YeniAvropa xəbər verir ki,  XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. 

XİN-in yeni sözçüsü bundan öncə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb. 

Qeyd edək ki, 2018-ci ildən XİN-nin mətbuat katibi vəzifəsində çalışan Leyla Abdullayeva bundan sonra diplomatik fəaliyyətini Fransada davam etdirəcək.