logo

Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri başlayıb

09:09 27-08-2022 | icon 2667
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri başlayıb

Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin avqustun 27-də Qarabağa, o cümlədən Füzuli və Şuşaya səfəri başlayıb.

 YeniAvropa xəbər verir ki,  xarici diplomatlar əvvəlcə Bakı şəhərindən təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Onlara beynəlxalq hava limanı haqqında məlumat verilib. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və ona hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.

Diplomatlara, həmçinin Füzuli və Cəbrayıl rayonlarında həyata keçiriləcək infrastruktur layihələri barədə məlumat verilib.

Qeyd edək ki, xarici diplomatlar bu gün Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialından istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edəcəklər.