logo

Azərbaycanda daha 601 nəfər koronavirusa yoluxdu

20:50 25-08-2022 | icon 2667
Azərbaycanda daha 601 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 601 yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 810 min 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 797 min 167 nəfər müalicə olunaraq sağalıb, 9 min 795 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 627 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 614, bu günə qədər isə ümumilikdə 7 milyon 135 min 151 test icra olunub.