logo

"Azərsu"nun əməkdaşını Xocavənddə "tok" vurub 

12:44 23-08-2022 | icon 1337
"Azərsu"nun əməkdaşını Xocavənddə "tok" vurub 

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağcabədi rayonunda şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, avqustun 22-də rayonun Xocavənd kəndi ərazisində 1965-ci il təvəllüdlü Qırımxan Qasımovun elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Q.Qasımov "Azərsu" ASC-də çalışırmış.