logo

Laçın şəhəri artıq Azərbaycanın nəzarətinə keçir

11:44 23-08-2022 | icon 1253
Laçın şəhəri artıq Azərbaycanın nəzarətinə keçir

Laçın şəhəri artıq Azərbaycanın nəzarətinə keçir.

YeniAvropa xəbər verir ki, bu sözləri avqustun 23-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Laçın: Postmünaqişə dövrünün yeni mərhələsi” adlı dəyirmi masada mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, 1992-ci ilin mayında Şuşa və Laçının işğalı böyük faciə idi. Laçının statusu həmişə danışıqlar zamanı xüsusi yer tuturdu.

Minsk qrupu çərçivəsində də Laçın məsələsi ayrı bir maddə kimi müzakirə olunurdu.

Artıq Minsk qrupu fəaliyyət göstərmir, amma vaxtaşırı beynəlxalq ekspertlər Laçın məsələsini gündəmə gətirirdilər.

“Bu gün təşkil olunan müzakirələrdə buna aydınlıq gətirmək istəyirik. "Azərbaycanın baxışı, dövlətin mövqeyi nədən ibarətdir" kimi suallara cavablar veriləcək", - deyə İdarə Heyətinin sədri qeyd edib.