Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, Asim Qurbanov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə velosipedçini vurub.
Ağır xəsarətlər alan velosipedçi, 1990-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Natiq Qulamov hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.