logo

Baş nazir Əli Əsədov qırğızıstanlı həmkarına başsağlığı verib

16:11 22-08-2022 | icon 1582
Baş nazir Əli Əsədov qırğızıstanlı həmkarına başsağlığı verib

Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının həlak olmasına və yaralanmasına görə dərindən sarsıldığını bildirib.

Məktubda Qırğızıstan Nazirlər Kabinetinin sədrinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.