logo

Qazaxda keçmiş ər arvadını baltaladı

12:44 22-07-2022 | icon 805
Qazaxda keçmiş ər arvadını baltaladı

İyulun 20-si saat 04 radələrində Qazax rayonunun Qarapapaq kənd sakini 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək İlhamə Xasməmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Eldəniz Xasməmməd şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə istintaq davam edir.