logo

Bolqarıstanın baş naziri Kiril Petkov Azərbaycana gəlib

16:13 21-07-2022 | icon 4207
Bolqarıstanın baş naziri Kiril Petkov Azərbaycana gəlib

Bolqarıstan Respublikasının baş naziri Kiril Petkov iyulun 21-də Azərbaycan Respublikasına səfərə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Kiril Petkovu Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.