logo

Ukraynada qriven 25% devalvasiyaya uğradı

12:58 21-07-2022 | icon 1162
Ukraynada qriven 25% devalvasiyaya uğradı

Ukrayna Milli Bankı(ÜMB) devalvasiya barədə qərar verərək ABŞ dollarının məzənnəsini 25% artırıb.

 YeniAvropa  "UNIAN" agentliyinə istinadla xəbər verir ki, Amerika valıyutasının məzənnəsi 36,5886 qrivnaya çatdırılıb. 

Tənzimləyici qurum bəyan edib ki, dolların məzənnəsinin 29,25 qrivna səviyyəsində saxlanılması ölkənin qızıl-valyuta ehtiyatları üçün çox baha başa gəlir. 

"Bu addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətliliyini artıracaq, müxtəlif biznes və əhali qrupları üçün məzənnə şərtlərini yaxınlaşdıracaq və müharibə şəraitində iqtisadiyyatın sabitliyini qoruyacaq", - deyə UMB-nin açıqlamasında qeyd olunub.