logo

Biləsuvarda naxçıvanlı sürücünün avtomobildən 3,1 kq tiryək götürüldü

14:34 24-06-2022 | icon 1869
Biləsuvarda naxçıvanlı sürücünün avtomobildən 3,1 kq tiryək götürüldü

Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naxçıvan şəhər sakini İ.Seyidova məxsus “Toyota” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 110 qram tiryək aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, rayon polis şöbəsi tərəfindən müvafiq araşdırma aparılır.