logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 352 min nəfərə çatır

16:36 17-06-2022 | icon 3591
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 352 min nəfərə çatır

İyunun 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 117 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 327, ikinci doza vaksinlərin sayı - 307, üç və daha çox doza vaksinlərin sayı – 1338, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 145-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 750 min 600, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 351 min 876, ikinci mərhələ üzrə 4 milyon 851 min 827, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 299 min 20, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 247 min 877-dir.