logo

Gədəbəydə leysan yağışından sonra dolu düşüb

14:30 15-06-2022 | icon 1715
Gədəbəydə leysan yağışından sonra dolu düşüb

Gədəbəyə leysan yağışı daha sonra dolu ilə əvəzlənib.

 YeniAvropa xəbər verir ki, bu gün gunorta saatlarında  rayonun mərkəzi, Düzyurd, Arıxdam, Maarif, Söyüdlü və ucqar kəndlərə dolu düşüb.

Bundan başqa güclü yağışdan sonra rayonun Novasaratovka və Başkəndə sel gəlib. Sel əkin sahələrinə ziyan vurub.

Hazırda Gədəbəy rayonunda yağışlı hava davam edir.