logo

BMT Rusiyanın Ukraynadakı müharibə cinayətləri ilə bağlı qətnamə qəbul edib

22:21 12-05-2022 | icon 924
BMT Rusiyanın Ukraynadakı müharibə cinayətləri ilə bağlı qətnamə qəbul edib

BMT İnsan Hüquqları Şurası Rusiyanın Ukraynada apardığı müharibədə təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün qətnamə qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. 

50-dən çox ölkə Kiyevin “Rusiyanın təcavüzü nəticəsində Ukraynada insan haqları ilə bağlı vəziyyətin pisləşməsinə” baxılması üçün Radanın xüsusi iclasının keçirilməsi ilə bağlı müraciətini dəstəkləyib.

Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib, 33 deputat lehinə, ikisi - Çin və Eritreya əleyhinə səs verib. 12 nəfər isə bitərəf qalıb.