İlk dəfə Azərbaycan idmançılarının reytinq cədvəli hazırlanıb
Gənclər və İdman Nazirliyi ilk dəfə Azərbaycan idmançılarının reytinq cədvəlini hazırlayıb.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, reytinq xallarının hesablanması idman növləri üzrə federasiyaların təqdim etdikləri beynəlxalq yarışların təsnifatına uyğun aparılacaq. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 4 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
Reytinq əmsalının hesablanması ilk olaraq Olimpiya idman növləri üzrə(böyüklər arasında) nəzərdə tutulub.
“Azərbaycan Respublikası idmançılarının reytinq əmsalının hesablanması haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmış reytinq cədvəli hər ay yenilənərək idmançıların və komandaların göstərdikləri nəticələr xallarında, reytinq mövqelərində əksini tapacaq.
Qeyd edək ki, idmançıların reytinq xalları növbəti təqvim ilinə keçiddə sıfırlanmayacaq və cədvəl üzrə son 12 ayın nəticələri aktiv olaraq qalacaq. Məsələn, idmançının 2023-cü il fevral ayının 1-də reytinq əmsalı hesablanarkən, onun son 12 ay(1 fevral 2022 – 31 yanvar 2023) göstəriciləri nəzərə alınacaq.
Reytinqdə, ilk növbədə, Olimpiya Oyunlarında uğurla çıxış etmiş idmançılara üstünlük veriləcək. Bundan sonra idman növündən asılı olaraq, dünya, Avropa çempionatlarının və digər yarışların nəticələri nəzərə alınacaq.
Həmçinin bu reytinqdə sabitlik son dərəcə vacibdir. İl ərzində sabit çıxış edən idmançı cədvəldə, böyük olsa belə, bir uğur qazanmış idmançıdan daha yüksəkdə ola bilər.
Zərurət olduqda, reytinq əmsallarının hesablanma qaydası gələcəkdə təkmilləşdirilə bilər.
QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik təklif edilib
Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu hər il keçiriləcək
Bu gün Biləsuvar, Balakən və Şəmkirdə qaz olmayacaq
İlham Əliyev Türkiyənin kənd təsərrüfatı nazirini qəbul edib
Bu gün bir sıra yaşayış massivlərində su olmayacaq
Bakıda multikultural perspektivlərlə bağlı beynəlxalq konfrans keçirilir
Taekvondoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar
Azərbaycan nefti 118,42 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Bakıda yaşayış binasında yanğın olub
Litva prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İlham Əliyev: Aİ, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir
Bakı metrosunun qatarında ləngimə yaranıb
Gitanas Nauseda: Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır
Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşüb
Bakıda Azərbaycan-İsrail biznes-forumu keçirilib
İlham Əliyev: Litva ilə Azərbaycan uzun illərdir strateji tərəfdaşdırlar
Türkiyədə səfərdə olan səhiyyə naziri müalicə alan qazilərimizi ziyarət edib
Əli Əsədov Litva prezidenti Qitanas Nauseda ilə görüşüb
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 845 min nəfəri ötür
Azərbaycanda daha 5 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Fransa Rusiyanın 41 diplomatını ölkədən qovub
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti daha bir ay uzadılacaq
Sinoptiklərdən Bakıda güclü külək və yağış xəbərdarlığı
İSESKO-nun baş direktoru Azərbaycana səfərə gəlib