logo

Azərbaycan millisi Slovakiya və Belarus ilə oyunlarını “Dalğa Arena”da keçirəcək

12:10 10-05-2022 | icon 3801
Azərbaycan millisi Slovakiya və Belarus ilə oyunlarını “Dalğa Arena”da keçirəcək

UEFA Millətlər Liqası çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Slovakiya və 13-də təşkil olunacaq Azərbaycan - Belarus oyunlarının biletləri satışa çıxarılıb.

YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, oyunlara birinci kateqoriya üzrə biletlərin qiyməti 5, ikinci kateqoriya üzrə isə 2 manat təşkil olunur.

VIP biletlər isə 10 manatdır.

Hər iki oyun “Dalğa Arena”da təşkil olunacaq.