logo

I rübdə “Azəri-Çıraq-Günəşli”dən 5 milyon ton neft çıxarılıb

14:30 05-05-2022 | icon 1407
I rübdə “Azəri-Çıraq-Günəşli”dən 5 milyon ton neft çıxarılıb

Bu ilin ilk üç ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

YeniAvropa xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətindən bildirilib.

Qeyd edilib ki, rüb ərzində AÇG-dən ümumi hasilat – “Çıraq” (25 min), “Mərkəzi-Azəri” (106 min), “Qərbi-Azəri” (112 min), “Şərqi-Azəri” (70 min), “Dərinsulu Günəşli” (79 min) və “Qərbi-Çıraq” (42 min) platformalarından birlikdə – gündə orta hesabla 434 min barel və ya ümumilikdə təxminən 39 milyon barel, yəni 5 milyon ton olub.

Rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Birinci rüb ərzində AÇG-də 3 neft hasilatı quyusu tamamlanıb.