logo

Rusiyanın daha bir neçə bankı “SWIFT”dən çıxarılır

13:46 03-05-2022 | icon 791
Rusiyanın daha bir neçə bankı “SWIFT”dən çıxarılır

Avropa İttifaqının(Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel daha bir neçə Rusiya bankının “SWIFT” beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacağını açıqlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Aİ nümayəndəsi bu barədə Latın Amerikası ölkələrinə səfəri zamanı deyib. Diplomat yeni məhdudiyyətlərə hansı kredit təşkilatlarının düşə biləcəyini açıqlamayıb.

“Maliyyə sektorunda daha çox Rusiya bankı “SWIFT” beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacaq. Hansı bankları deyə bilmərəm, amma olacaq. Enerji sektorunda isə biz Rusiyanın neft idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarırıq”, - deyə Jozep Borrel bildirib.