logo

Ermənilər Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub

10:50 02-05-2022 | icon 1638
Ermənilər Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub

Mayın 1-i saat 13:40-dan 17:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutub.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.