logo

Qazaxıstan referendumla  Konstitusiyasına dəyişikliklər edəcək

13:13 29-04-2022 | icon 1008
Qazaxıstan referendumla  Konstitusiyasına dəyişikliklər edəcək

Prezident Kasım-Jomart Tikayev Qazaxıstan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçirilməsini təklif edib.

YeniAvropa xəbər verir ki, bu barədə ölkə başçısı Qazaxıstan Xalqları Assambleyasının 31-ci sessiyasında bildirib.

Kasım-Jomart Tikayev deyib ki, referendum hər bir vətəndaşa ölkənin taleyinin həllində birbaşa iştirak etməyə imkan verəcək və hərtərəfli demokratikləşmə və yeni Qazaxıstanın qurulması kursunu gücləndirəcək.