logo

TƏBİB:"Bakıda cəmi iki xəstəxana koronavirus xəstələri üçün çalışır2

16:56 27-04-2022 | icon 4158
TƏBİB:"Bakıda cəmi iki xəstəxana koronavirus xəstələri üçün çalışır2

"Koronavirusa yoluxma sayının aşağı olması bir çox xəstəxanaların əvvəlki fəaliyyətlərini bərpa etməsinə səbəb olub. Bakıda cəmi iki tibb müəssisəsi koronavirus xəstələri üçün çalışır".

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov məlumat verib.

Onun sözlərinə görə, bu, aktiv xəstə sayının azalmasından irəli gəlir.

O qeyd edib ki, hazırda stasionar şəraitdə müalicə alan şəxslərin sayı nəzərə çarpacaq dərəcədə azdır:

"Vətəndaşlardan bir daha xahiş edirik ki, gigiyenik qaydalara yenə də əməl edilsin. Çünki pandemiya hələ də davam edir. Bütövlükdə bu sahədə nəzarət tədbirlərimiz hələ də davam edir".

"Azərbaycanda vaksinasiya ilə bağlı ümumi statistikaya baxsaq görərik ki, peyvəndləmə ilə bağlı rəqəmlər kifayət qədər yaxşıdır", -deyə  TƏBİB rəhbəri sözlərinə əlavə edib.