logo

Tarif Şurası 168 dərmanın qiymətini "dəyişdi"

12:59 14-01-2022 | icon 1477
Tarif Şurası 168 dərmanın qiymətini "dəyişdi"

Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti təsdiq edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Tarif (qiymət) Şurasının iclasında qərar qəbul edilib.

Ticarət nişanının adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13 032 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.