logo

Özbəkistan prezidenti Lukaşenkonun hədəsinin cavabını verdi

20:30 13-01-2022 | icon 2093
Özbəkistan prezidenti Lukaşenkonun hədəsinin cavabını verdi

“Bu yaxınlarda bəzi dövlətlərin rəhbərləri əsassız bəyanatlarla çıxış edərək bəyan etdilər ki, Özbəkistan Qazaxıstanda baş verən hadisələrdən dərs almalıdır”.

YeniAvropa "Sputnik Uzbekistan"a istinadla xəbər verir ki, bu fikri Özbəkistan prezidenti Şavkat Mirziyoyev Təhlükəsizlik Şurasının bugünkü iclasında səsləndirib.

Mirziyoyevin sözlərinə görə, Özbəkistan hakimiyyəti regiondakı vəziyyəti diqqətlə izləyir və ölkədə istənilən təhlükəyə adekvat cavab vermək üçün lazım olan hər şey var.

Xatırladaq ki, yanvarın 10-da KTMT-nın Qazaxıstandakı vəziyyətlə bağlı fövqəladə sessiyasında çıxış edən Belarus lideri bildirib ki, Özbəkistan bu vəziyyətdən dərs götürməlidir: “Əgər belə deyilsə, onda bizdə olan məlumata görə, onların fikirləri Özbəkistana yönəlib”.