logo

İlham Əliyev ukraynalı müəllimləri ordenlə təltif etdi

17:59 12-01-2022 | icon 1449
İlham Əliyev ukraynalı müəllimləri ordenlə təltif etdi

Prezident İlham Əliyev  yanvarın 12-də Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri təltif edilsinlər:

“Dostluq” ordeni ilə

Antonenko Valentina Sergeyevna

“Tərəqqi” medalı ilə

Çumak Alla Mixaylovna

Krılaç Yuliya Anatoliyevna " .