logo

Ermənistanla sərhəddəki bölmələr gücləndirilmiş iş rejiminə keçib-MN

12:02 12-01-2022 | icon 1246
Ermənistanla sərhəddəki bölmələr gücləndirilmiş iş rejiminə keçib-MN

Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədindəki bölmələri gücləndirilmiş iş rejiminə keçib.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur", - deyə Nazirliyin məlumatında qeyd edilib.

Xatırladaq ki, ötən gecə Ermənistan silahlı qüvvələri dövlət sərhədində yenidən təxribatlar törədib.