logo

Sumqayıtda mübahisə qanla bitdi

21:52 11-01-2022 | icon 1652
Sumqayıtda mübahisə qanla bitdi

Sumqayıtda qətl hadisəsi törədilib.

YeniAvropa xəbər verir ki,  hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. İki nəfər arasında düşən mübahisə qanla nəticələnib.

Belə ki, 1977-ci il təvəllüdlü Rövşən Musayev bıçaqlanıb. O, aldığı bıçaq zərbələrindən hadisə yerində ölüb. 
Meyit aidiyyatı üzrə təhvil verilib.
Qətli törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.